Bəhreyndə terror aktları hazırlamaqda şübhəli bilinən 116 nəfər saxlanıb

  • By admin
  • 03 Mart 2018 23:10

Bəhreyndə terror aktları hazırlamaqda şübhəli bilinən 116 nəfər saxlanılıb.  

Gununsesi.info xəbər verir ki, bu barədə ölkə DİN-nin mətbuat xidmətinin məlumatında bildirir.

Bəhreyn DİN-i iddia edir ki, saxlanılan şəxslərin üzvü olduğu terrorçu şəbəkə İran İnqilab Keşikçiləri Korpusu (İİKK) tərəfindən  yaradılıb və dəstəklənir: “Terrorçular ölkədə ictimai təhlükəsizliyi pozmaq və iqtisadiyyata ziyan vurmaq məqsədi ilə Bəhreynin rəsmi şəxslərinə sui-qəsd, təhlükəsizlik orqanlarının əməkdaşlarına və neft obyektlərinə hücumlar hazırlayırmış”.

Nazirlik saxlanan şəxslərin İİKK, İran, İraq və Livandakı terrorçuların liderləri tərəfindən idarə olunduğunu iddia edir.

Gununsesi.info