
Milli Məclisin sonuncu iclasında çıxış edən deputat Fazil Mustafa Bakının tıxaclı yollarına diqqət çəkib.
Gununsesi.org-un xəbərnə görə, millət vəkili bildirib ki, Bakıya azacıq yağış yağan kimi dərhal küçələrdə tıxaclar yarandı: “Biz bu tıxac problemini niyə həll edə bilmirik? Bu gün ən narazı insanlar tıxaclarda qalan insanlardır. Adamın yol polisinə yazığı gəlir. Saatlarla yağışın altında yolları açmaq istəyrlər. Əgər mütəxəssis yoxdursa, xaricdən gətirək. Belə olmaz axı”.












