Bərdə sakini bıçaqlanıb

  • Müəllif: admin
  • 02 Aprel 2017 18:50

intihar bicaq

 

Bərdədə bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, rayonun Lənbəran kəndində Həmid Əliyev həmkəndlisi Mehman İsmayılovu çayxanada baş verən münaqişə zəminində bıçaqlayıb.

Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M. İsmayılova 3 bıçaq zərbəsi vurulduğu məlum olub. M. İsmayılovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Gununsesi.info