Bərdədə avtomobil piyadanı vurub

  • Müəllif: admin
  • 14 Avqust 2017 15:42

piyada_olumu_4777

Bərdə rayonunda avtomobillə adam vurulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də saat 3.00 radələrində Bərdə rayonunun Şıxlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Şəbnəm İsmayılova vurulub və o, hadisə yerində ölüb.

Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “VAZ-21114” markalı avtomobilin sürücüsü – Yevlax şəhər sakini Rəhim Əlişli tutulub.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Anar

Gununsesi.info