
Bərdədə yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonu, Qasımbəyli kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 18 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info












