Bəxtiyar Hacıyevə azadlıq istəyən gənclər 30 sutka həbs edilib

Dünən Bakı Apellyasiya Məhkəməsinin qarşısında həbsdəki siyasi fəal Bəxtiyar Hacıyevə azadlıq tələb edərkən saxlanılan D18 Hərəkatının iki üzvünə- Afiyyəddin Məmmədov və Samir Sultanov barəsində həbs qərarı verilib.

Gununsesi.info bildirir ki, bu gün hər iki şəxs barəsində məhkəmə 30 sutka inzibati həbs verib.

Mətləb
Gununsesi.info