Bəxtiyar Hacıyev Ombudsmanla görüşmək istəyir

  • By admin
  • 17 Yanvar 2023 11:03

Hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyev İnsan Hüquqları Üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva ilə görüş tələb edir.

Bu barədə Gununsesi.info-ya Hacıyevin vəkili Aqil Layic bildirib.

Vəkilin sözlərinə görə, siyasi fəalla görüşdə bu barədə ona bildirib.

Hacıyevin səhhətinə gəlincə, Aqil Layic deyib ki, onda ciddi halsızlıq müşahidə edib: “Bəxtiyar bir neçə gündür aclıq edir. Xeyli çəki itirib. Halsızlığı var, baş ağrılarından şikayətləndir”.

 

Afət

Gununsesi.info