Bəydən toya gələnlərə sürpriz - QONAQLARA "IPHONE 8" HƏDİYYƏ EDİLDİ

  • Müəllif: admin
  • 28 Oktyabr 2017 22:58

Gununsesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən bir toyda bəy bütün qonaqlara açılmamış qutularında “I Phone 8” hədiyyə edib.

Ofisiantlar musiqi sədaları altında salona gələrək qonaqların çaşqın baxışları arasında bəyin hədiyyələrini paylayıb.

Bəzi qonaqlar maraqlı hadisəni telefonla kameraya çəkib.

Toyun bir qonağı tərəfindən çəkilərək paylaşılan video materialda, ofisiantlar məcməyilərlə hədiyyə paketi halına salınmış yüzlərlə “I Phone 8″i musiqi sədaları altında salona gətirdiyi görünür.

Gununsesi.info