Bəyin dayısı öldü - Toy yasa döndü

  • By admin
  • 21 Fevral 2022 10:01

Bakının Nizami rayonunda ağır qəza baş verib.

Gununsesi.info APA istinadən xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobili idarə edən Ramil Əliyev yol kənarında hərəkət edən şəxsi vurub. Təxminən 60-65 yaşlı kişi hadisə yerində ölüb.

Məlum olub ki, ölən şəxs yaxınlıqdakı şadlıq sarayından çıxıb. Zərərçəkən bəyin dayısıdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü R.Əliyev saxlanılıb.

Gununsesi.info