Bəzi qadınlar hicab geyinməsələr də, abır-həya nümunəsidirlər - RAMZAN KADIROV

  • Müəllif: admin
  • 02 Fevral 2018 17:48

Bəzi qadınlar hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov 1 fevral – Beynəlxalq Hicab Günü ilə əlaqədar deyib.

R.Kadırov hicabın müsəlmanlar üçün möminlik və ədəblilik rəmzi olduğunu bildirib: “Mənim ailəmdə bütün qadınlar hicab geyinir. Bu onların seçimi idi, heç kim onları məcbur etməyib”.

Çeçenistan rəhbəri qeyd edib ki, bütün dinlərdə – İslamda, xristianlıqda, iudaizmdə qadının başını bağlaması bildirilir: “Lakin mən elə qadınlar tanıyıram ki, hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər”.

Gununsesi.info