Bacılar arasında dava

  • By admin
  • 10 Noyabr 2017 10:34
Ağstafada qadın döyülərək ağır xəsarət alıb.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, rayonun Həsənsu kənd sakini, 1979-cu il təvəllüdlü Əliyeva Tükəzban Firudin qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Qadın bacısı tərəfindən döyüldüyünü deyib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gununsesi.info