Bağça müəllimi olmaq istəyənlərin NƏZƏRİNƏ!

  • Müəllif: Firuzə
  • 27 Oktyabr 2025 12:51

Məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi üçün keçid balları müəyyən edilib.

Bu barədə Gununsesi.infoya Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib.

Keçid balı Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 35 bal, Bakı Şəhəri Təhsil İdarəsi və digər regional təhsil idarələri üzrə isə 40 bal müəyyən edilib.

 

Gununsesi.info