“Bağdadinin yerinə keçmək istəyən terrorçu da öldürüldü” - TRAMP

  • By admin
  • 29 Oktyabr 2019 18:55

Suriyada daha bir İŞİD lideri öldürülüb.

Gununsesi.org xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, Əbubəkr əl-Bağdadinin yerinə keçmək istəyən bir nömrəli terrorçu ABŞ silahlıları tərəfindən zərərsizləşdirilib.

Terrorçunun kimliyini açıqlamayan Tramp yazıb: “Bağdadinin yerinə keçmək istəyən bir nömrəli terrorçu zərərsizləşdirildi. Güman ki, İŞİD-in yeni lideri olacaqdı. Artıq o da öldü”.

Gununsesi.org