Bağlanan banka hökümətdən TƏKLİF

  • By admin
  • 22 İyul 2016 11:25

parabank

Azərbaycanda lisenziyası ləğv edilmiş 4 bankdan biri – “Parabank” ASC-nin səhmdarları bank olmayan kredit təşkilatı (BOKT) kimi maliyyə bazarında iştirakını davam etdirmək niyyətindədir. Gununsesi.info xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, ölkə qanunvericiliyi buna imkan verir və əgər bankın səhmdarları təşkilati-hüquqi işləri qanuna uyğun şəkildə görərlərsə, Palata bu məsələyə müsbət yanaşmağa hazırdır.

 

Gununsesi.info