“Bakı-2017”: Final oyununun vaxtı dəyişdirildi

  • By admin
  • 19 May 2017 23:05

futbil_yarimfinal_180517__(15)

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol komanlarının final matçının vaxtı dəyişdirilib.

Gununsesi.info məlumat verir ki, 23 yaşadək futbolçulardan ibarət futbol üzrə Azərbaycan və Oman komandaları arasında 21 may tarixində baş tutacaq finalın keçirilmə vaxtı dəyişdirilib.

Oyun həmin gün saat 20:00-da deyil, saat 21:00-da keçiriləcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Gununsesi.info