Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında həndbol yarışının qrup mərhələsi çərçivəsində “B” qrupunda yer alan İraq və İordaniya yığmaları qarşılaşıblar.
Gununsesi.info xəbər verir ki, oyun İraq komandasının 37:15 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın ilk hissəsində 20:7 hesabı ilə qələbə qazanan İraq həndbolçuları ikinci hissəni də aktivlərinə yazıblar – 17:8.
İraq həndbolçuları görüşün sonlarını azlıqda keçirməli olub.
Belə ki, Məcid Alakayşi qarşılaşmanın 23-cü dəqiqəsində oyundan kənarlaşdırılıb.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunu misirli hakimlər briqadası idarə edib.
Gununsesi.info