Bakı, Abşeron və Hacıqabulda yanğın hadisələri baş verdi

  • By admin
  • 27 İyul 2017 08:24

fhn yangin masin

Hacıqabulda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonu, Kolanı kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Bakı şəhəri və Abşeron rayonunda yanğın hadisələri baş verib.

Xəbərə görə, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan yardımçı tikilinin  döşəməsi və içərisinə yığılmış istifadəyə yararsız ev əşyaları 20 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi  yanğından mühafizə olunub.

Abşeron rayonunda isə hər biri 60 m2 olan 3 ədəd istismara yararsız sərnişin vaqonlarının yanar konstruksiyaları və ətrafa dağılmış üzlüklər 300 m2 sahədə yanıb. Yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info