Bakı, Ankara və Tiflisin mövqeyi üst-üstə düşür - NAZİR

  • By admin
  • 06 Sentyabr 2017 13:03

elmar_memmedyarov_056

Türkiyə, Azərbaycan və Gürcüstanın siyasi məsələlərdə və beynəlxalq arenada fikirləri üst-üstə düşür.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir enerji və nəqliyyat layihələrinə toxunaraq, bildirib ki TAP layihəsi üzrə işlər Azərbaycan və Türkiyədə bitmək üzrədir: “Üç ölkənin iştirak etdiyi digər layihə Bakı-Tbilisi-Qars layihəsidir. Əminik ki, Türkiyədə dəmir yol xəttin tikintisi yaxın vaxtlarda başa çatacaq və Şərqlə Qərbi birləşdirən xətt yaxın vaxtlarda işə düşəcək”.

Mürtəza

Gununsesi.info