Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dam örtüyü sökülür

  • By admin
  • 24 Oktyabr 2016 18:00

avtovagzal

Bakı Beynəlxalq Avtovağzalın şüşədən ibarət dam örtüyü sökülür.

Gununsesi.info xəbər verir ki, bu gündən başlayaraq Bakı Beynəlxalq Avtovağzalın şüşədən ibarət dam örtüyü sökülür.

Bu addımın nədən atılması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Gununsesi.info-nun əməkdaşı Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı ilə əlaqə saxlayıb.

O, bizimlə söhbət zamanı bildirib ki, bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzalının şüşəli dam örtüyündə rekonstruksiya işlərinə başlanılıb: “Avtovağzalın şüşədən ibarət dam örtüyü istismar müddətini başa vuduğu üçün yenilənir” – deyə, Ş.Mehmanqızı əlavə edib.

Qeyd edək ki, 2009-cu ildə prezident İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin açılışı olub.

Anar

Gununsesi.info