Bakı birinciliyində əzmkar mübarizə

  • Müəllif: admin
  • 01 İyun 2017 14:52

unnamed (5)
Azərbaycan Cüdo Federasiyası və Bakı şəhər Gənclər, İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən daha bir yarışa yekun vurulub.

Federasiyadan Gununsesi.info-ya verilən məlumata görə, 23 yaşa qədər gənc cüdoçular arasında baş tutan Bakı şəhər açıq birinciliyi bir çox maraqlı anları ilə yadda qaldı.

“Sərhədçi” Olimpiya İdman Kompleksində 2 gün ərzində keçirilən birincilikdə paytaxt cüdoçuları ilə yanaşı Gəncə və İsmayıllının gənc kimano ustaları mübarizə apardılar. 300-dən çox cüdoçunun qatıldığı yarışın qaliblərinə medal, diplom və fəxri fərmanlar təqdim edildi.

Qeyd edək ki, bu yaş kateqoriyası üzrə respublika birinciliyi iyun ayının son günlərində keçiriləcək.

Anar
Gununsesi.info