Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşü formal xarakter daşımır və konkret siyasi-iqtisadi məqsədlərə xidmət edir.
Bu sözləriGununsesi.info – ya politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, Bakı Yaxın Şərqdə dəyişən geosiyasi şərait fonunda Ər-Riyadla əməkdaşlığı daha da dərinləşdirməyə çalışır.
Politoloq hesab edir ki, görüşdə əsas müzakirə mövzuları enerji bazarında koordinasiya, qiymət sabitliyi, regional təhlükəsizlik və strateji əməkdaşlıq perspektivləri olub.
Turan Rzayev qeyd edib ki, postmünaqişə dövründə Azərbaycanın bərpa və yenidənqurma layihələrinə ərəb sərmayəsinin cəlbi də prioritet istiqamətlərdəndir.
Onun fikrincə, azad edilmiş ərazilərdə infrastruktur və şəhərsalma layihələrində ərəb kapitalının iştirakı xüsusi əhəmiyyət daşıyır.
Politoloq vurğulayıb ki, Azərbaycanın xarici siyasətində balans prinsipi qorunur və Bakı müxtəlif güc mərkəzləri ilə praqmatik əməkdaşlığı genişləndirərək regional proseslərdə mövqeyini gücləndirməyə çalışır.
Orxan












