Bakı Metropoliteni büdcədən vergini necə gizlədib?  

  • By admin
  • 24 Aprel 2017 17:04

baki-metropoliteni-lider

“Bakı Metropoliteni” QSC-də 106 min manatlıq vergidən yayınma faktı aşkarlanıb.

Gununsesi.info bunu Hesablama Palatasının 2016-ci il hesabatına əsasən xəbər verir.  

Hesabatda göstərilir ki,  “Bakımetropoliteni” QSC-də aparılmış audit üzrə vergi qanunvericiliyinin tələbləri pozulmaqla əlavə dəyər vergisi və ödəmə mənbəyində vergilər üzrə azaldılıb.  ümumilikdə 805,2 min manat vergi məbləği dəqiqləşdirilmiş vergi bəyannamələrinin təqdim edilməsi ilə dövlət büdcəsinə hesablanılıb.

Hesabata görə, QSC-də aparılan yoxlamlar zamanı aşkar olunan nöqsanlar nəticəsində 306.5 min manat vəsait büdcətə bərpa olunub.  Onun təkcə 106 min manatı vergi, rüsum və ödəmələrdir.

Bundan əlavə, hesabat ilində “Bank Technique” ASC-də qalan bank hesablarından çıxarış sənədlərinə əsasən ümumilikdə 7,5 mln. manat  məbləğində vəsaitin maliyyə hesabatlarında pul vəsaitlərinin tərkibində göstərilməsi “Bakı Metropoliteni” QSC tərəfindən təmin edilməyib.

Hesablama Palatasının rəyinə görə, aparılmış nəzarət tədbirləri göstərir ki, müəyyən edilmiş bir sıra nöqsanların yaranması, xüsusilə vəsaitin təyinatının dəyişdirilməsi daha çox proqnozlaşdırma prosesindən asılıdır. Bu baxımdan Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş Vahid Büdcə Təsnifatının təkmilləşdirilməsindən birbaşa asılıdır və bu təsnifatın beynəlxalq təcrübədə qəbul edilmiş Dövlət Maliyyə Statistikası Təlimatının tələblərinə uyğun hazırlanması zəruridir.

Hesablama Palatası bu məqsədlə təklif edir ki, konkret qurumlar üzrə -“Bakı Metropoliteni” QSC-yə verilən subsidiyalar” və “Azərbaycan Hava Yolları” QSC-yə verilən subsidiyalar” yarımmaddələri Vahid Büdcə Təsnifatından çıxarılmasın.

Təəssüf ki, hesabatda təkliflərin tam izahi verilmir. Burada iki qurumun subsidiyalaşmasını Vahid Büdcə Tarifindən çıxarılması hansı anlama gəldiyi aydın deyil. Yəni burada söhbət subsidiya verilməsinin dayandırılmasından  ya, Vahid Büdcə tarifinin beynəlxaql standartlara keçilməsindən bəhs edilir?

Vüsalə Rüstəmova

Gununsesi.info