Bakı metrosunda HƏYƏCAN: qatar tuneldə qalıb - YENİLƏNİB

  • By admin
  • 19 Yanvar 2018 19:49


“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayevin Gununsesi.info-ya verdiyi məlumata görə, artıq tuneldə qalan qatar çıxarılıb və depoya göndərilib. Hadisə nəticəsində qatarların hərəkətində təxminən 15 dəqiqə interval yaranıb.

Metroda qatarların hərəkəti bərpa edilib.

***

19:03

Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq yaranıb.

“Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayevin Gununsesi.info-ya verdiyi məlumata görə, sərnişinlər “28 May” stansiyasında boşaldılıb, qatar isə saat 18.45-də depoya göndərilib: “Təəssüf ki, qatar indi də 28 May-Gənclik stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyiylə onu xətdən çıxartmağa çalışırıq”.

Gununsesi.info