Bakı metrosunda ölüm

Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

“Səhər saat 5:30-da iş vaxtı bitərək “İnşaatçılar” stansiyasında iş yerini tərk etmiş Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də “Koroğlu” stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib. Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib”, – deyə məlumatda qeyd olunub.

 

 

Gununsesi.info