Bakı metrosunda “Red Bull Soapbox Race” sərgisi keçiriləcək

  • Müəllif: admin
  • 19 Oktyabr 2016 18:09

baki-metropoliteni-lider

Oktyabrın 20-də metronun “Nəriman Nərimanov” stansiyasında “Metro Gallery” layihəsi çərçivəsində yeni tədbir keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O, bildirib ki, tədbir saat 11:00-da başlayacaq. Sərgidə oktyabrın 9-da Azərbaycanda ilk, dünyada isə 111-cisi keçirilən “Red Bull Soapbox Race” zamanı çəkilən maraqlı fotoşəkillər nümayiş olunacaq.

Gununsesi.info