Bakı, Moskva və Tehran yükdaşıma tariflərini 50 faiz endirmək qərarına gəldi

  • By admin
  • 11 Mart 2017 12:48
demiryolu
Azərbaycan, İran və Rusiya dəmir yolu ilə yükdaşımını aktivləşdirmək üçün yükdaşıma tariflərini endirmək barədə razılığa gəliblər.
Gununsesi.info “İran.ru”-ya istinadən xəbər verir ki, bu məqsədlə hər üç ölkənin  dəmiryol mütəxəssisləri Moskvada keçridikləri görüşdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhzlinin ilə yük daşımalarının fəallaşması məqsədilə tarifləri 50% endirmək qərarına gəliblər.
Üçtərəfli formatda keçirilən görüşdə “Şimal-Cənub” Beynəlxaql Nəqliyyat Dəhlizində yükdaşımanının həcminin artırılması, bu xəttin  inkişaf etdirilməsi və  bu yüklərin Azərbaycan üzərindən keçməklə,  İran Astarasındakı  sərhədyanı terminala daşınmasını təmin etmək  ətrafında  ciddi fikir mübadiləsi aparılıb.
 
Üçtərəfli formatda keçrirlən görüşdə  yüklərin Rusiya, Azərbaycan, Belarus, Latviya, Estoniya və Finlandiyadan Fars körfəzi ölkələrinə, Hindistana və əksinə hərəkəti üçün marşrutun aktivləşdirilməsi barədə güzəştli tarif dərəcələrinin müəyyənləşdirilməsi əsas müzakirə edilən məsələ olub.  
Görüşdə tərəflər  yükdaşıma tariflərinin endirilməsində və  “Şimal-Cənub” Beynəlxalq  Nəqliyyat Dəhlisinin inkişaf etdirilməsində  konsensusa gəliblər.
“İran Dəmiryolları” şirkətinin  rəhbərinin müavini Hüseyn Aşuri deyib ki, artıq tərəflər Hindistan-İran-Azərbaycan-Rusiya  dəmiryollarının işə salınması barədə razılıq əldə edib və bu məqsədlə 2016-cı ildə Mumbay-Bəndər Abbas-Astara-Moskva  qatarı sınaqdan keçirilib:
“Biz üçtərəfli görüşdə  yüükdaşıma tariflərinin 50% endirilməsi barədə razılığa gəldik”.
 H. Aşuri onu da əlavə edib ki,  Astara (Azərbaycan)-Astara (İran) yük terminalınadək olan dəmiryol xətti yaxın iki ayda tamamlanacaq:
“Bakı və Tehran bu xəttin qısa zamanda fəaliyyət göstərməsinə ciddi səy göstərir”.
 Qəzvin-Rəşt dəmiryol hissəsinin  tikintisinin başa çatdırılmasına gəldikdə isə H. Aşuri deyib ki, Qəzvin-Rəşt dəmiryol xətti yaxın altı ay ərzində istifadəyə veriləcək.
Mürtəza
Gununsesi.info