Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki,

Tovuzun Dondarquşçu kənd sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Orxan Novruz oğlunun idarə etdiyi “Toyota Land Cruiser” markalı, 99 XX 060 dövlət qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində sürücü və sərnişini, 1989-cu ildə anadan olmuş Abbasov Elgün İlham oğlu hadisə yerində vəfat edib. 1994-cü il təvəllüdlü Əliyev Yaşar Seymur oğlu isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Yüksək sürətlə hərəkət edən avtomobilin aşması nəticəsində salondakı şəxslər qırılan şüşədən yolun kənarına düşüblər.

Bildirilir ki, qəzada ölən Orxan Mirzəyev Tovuzda fəaliyyət göstərən özəl şirkətlərdən birinin direktoru olub. Elgün Abbasov isə Tovuzun yerli telekanalında çalışırmış.

E.Abbasovun bəzi fotolarını təqdim edirik.

2ef375ee95bfb3094de9c248109a7f64 ae2f0bd8e0232dad6976fb26424dd39e

 

Gununsesi.info