Bakı şəhər birinciliyinə start verilib  - FOTOLAR

  • By admin
  • 26 Yanvar 2017 16:14

unnamed (18)
Yanvarın 26-da Sərhədçi Olimpiya İdman Kompleksində U-15 kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib.
Güləş Federasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, iki gün davam edəcək yarışın ilk günündə 282 yeniyetmə cüdoçu (281 oğlan, 11 qız) qüvvəsini sınayır. Yarışın birinci günündə qızlar 32 kq, 36 kq, 40 kq, 44 kq çəki dərəcələrində, oğlanlar isə 34 kq, 38 kq, 42 kq, 46 kq və 50 kq çəki dərəcələrində cüdoçular mübarizə aparır.

unnamed (17) unnamed (16)

Anar
Gununsesi.info