
Bakı şəhərində türkiyəli sürücü döyülüb.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonundakı TIR parkında qeydə alınıb. Türkiyə vətəndaşı, 1975-ci il təvəllüdlü Cəsur Uzun Cəfər naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. O, xəstəxanaya yerləşdirilib.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.
Gununsesi.info











