Gununsesi.info apa-ya istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvanında 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu münaqişə zəminində 1951-ci il təvəllüdlü Səlimov Zakir Hüseyn oğlunu döyərək öldürüb.

Polis əməkdaşları tərəfindən M. Həsənov saxlanılıb və barəsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info