
Bakı şəhər sakinindən nömrəsi silinmiş “AKMS” markalı silah, 1 patron darağı və 25 ədəd patron götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Seyfullayevdən nömrəsi silinmiş “AKMS” markalı silah, 1 patron darağı və 25 ədəd patron götürülüb.
Anar
Gununsesi.info









