Bakı-Sumqayıt qatarında gediş haqqı qaldırıldı - CƏDVƏL

  • By admin
  • 02 Mart 2017 16:28

unnamed (4)

Martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının gediş tariflərində dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info verilən məlumata görə, xidmət xərclərinin balanslaşdırılması məqsədilə, 3 mart 2017-ci ildən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı cədvələ uyğun olaraq dəyişdirilir:

İstiqamət

Tarif (manatla)
ekonom biznes
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) 1,0 1.60
Bakı-Biləcəri (Biləcəri-Bakı) 0.40 1,20
Bakı-Xırdalan (Xırdalan-Bakı) 0.60 1.40
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) 0.40 0.80
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) 0.80 1.40
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) 0.60 1,20

Gununsesi.info