Bakı-Sumqayıt yolundakı tıxac deputatların müzakirəsində - NORMAL YOLLARI NİYƏ TƏZƏLƏYİRLƏR?

  • By admin
  • 29 İyun 2018 14:14

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar  Bakı-Sumqayıt yolundakı problemi parlamentin gündəminə gətirib. Gununsesi.info-nun xəbərinə görə, Fəzail Ağamalı və Fazil Mustafa Bakı-Sumqayıt  yolundakı baş verən tıxacların insanlara necə əziyyət verdiyini dilə gətirib. Çıxışında  Fazil Mustafa Bakıda tıxaclaran qarşısının alınması, yolların təmiri zamanı alternativ vasitələri təklif edib. O metro tikintisinə vəsait ayrıkılmasını təklif edib.

 O deyib ki. bir neçə günüdür  Bakı-Sumqayıt yolunda təmir işləri nəticəsində minlərlə inan küçələrdə qalıb, əziyyət çəkir və evə, işə necə getdiyini bilmir. “Bir ildən sonra bakı faciəvi şəhrə çevriləcək. Bu məsələyə diqqət yetirmək lazımdır”.

Fəzail Ağamalı isə bildirib ki, yollar normal olsa da yenidən qazılır: “Kimsə televeziyaya çıxıb deyir ki, guya həmin yolda çatlar var idi, Amma qətiyyətlə deyə bilərəm ki, həmin yolda heç bir çat yox idi. Hansı məqsədlər üçün edilib bilmək olmur. Minlərlə insan küçələrdə qalıb, alternativ yol yoxdur. Türkiyənin İstanbul şəhərində metro ilə istənilən yerə getmək mümkündür. Üstəlik, avtobuslar üçün ayrıca yol xətləri çəkilib. Həm tıxac yaranmır, həm də vaxtında işə yetişmək mümkün olur. Bir ildən sonra Bakı fəlakətli vəziyyətdə olacaq. Bir yol bağlanıb, əhali zinhara gəlib, vaxtında tədbir görülməlidir! Alternativ yol olmayanadan sonra sürücü neyləsin? Kasıb əhali iş yerinə gəlmək üçün iki-üç marşrut dəyişməlidir, əlavə xərc çəkməlidir. Yaxud hava limanına metro xəttinin çəkilməsi çoxmu çətindir? Niyə adamlar ora taksi ilə getməldir? Bəlkə də bu, kiminsə marağındadır, bilmirəm”.