“Bakı-Tbilisi-Qars”da hərəkət edəcək qatarın vaqonları sərgidə nümayiş olunacaq

  • By admin
  • 05 İyul 2016 12:13

 

1467701462956840095_1000x669

 

 

2016-cı il sentyabrın 20-23-də Almaniyanın paytaxtı Berlində keçiriləcək “InnoTrans-2016” dəmir yolları infrastrukturuna dair beynəlxalq sərgidə İsveçrənin “Stadler Rail Group” şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə istehsal etdiyi və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək qatarın yataq tipli sərnişin vaqonları nümayiş etdiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Railway Gazette” saytı xəbər yayıb. Qeyd olunur ki, sərgi zamanı “Stadler Rail Group” Böyük Britaniya və İsveç üçün istehsal etdiyi lokomotiv və qatarların da nümayişini həyata keçirəcək. Xatırladaq ki, Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlarda 10, 20 və 32 nəfərlik yer olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu ilin sonunda istifadəyə veriləcək.

Gununsesi.info