
Bakı və Sumqayıt şəhər sakinlərindən marixuana götürülüb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mehman Əliyevdən 8 kiloqram 20 qram marixuana götürülüb.
Bundan başqa Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Kazımovdan 480 qram marixuana götürülüb.
Anar
Gununsesi.info









