
Azərbaycanla İran arasında Xəzər dənizində neft və qz yataqlarının birgə işlənməsinə dair sBakı və Tehran birgə enerji layihələrinin həyata keçirilməsi barədə saziş imzalayacaqaziş imzalanacaq.
Gununsesi.info İran mətbuatına istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib. Martın 27-də Türkmənistana səfəri zamanı Tehran hava limanında keçirdiyi brifinqdə Türkmənistan və Azərbaycana səfəri və bu səfərlər zamanı müzakirə edəcəyi məsələlər barədə jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, “Türkmənistan və Azərbaycana səfərim zamanı ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəyəm.“İran hökumətinin əsas məqsədlərindən biri qonşu ölkələrlə yaxın əlaqələrin qurulmasıdır. Tranzit məsələsi və İranın cənub sularının Mərkəzi Asiya və Qafqaza birləşdirilməsi daim diqqət mərkəzində duran önəmli məsələlərdən biridir. Türkmənistan və Azərbaycan İranı Mərkəzi Asiya və Qafqazla birləşdirən ölkələrdir”-deyə, H. Ruhani bildirib.
Azərbaycana səfəri, müzakirə ecəcəyi, imzalanacaq sənədlər barədə danışan H.Ruhani deyib ki, Rəşt dəmir yolunun Azərbaycanın Astara rayonundakı dəmir yolu xətti ilə birləşdirilməsi üzrə İran və Azərbaycanın birgə layihəsi də İranı Qafqaza, Rusiya və Avropaya birləşdirmiş olacaq: “Bu məqsədlə İran və Azərbaycan arasında Rəşt-Astara dəmir yolunun tikilməsi ilə bağlı saziş imzalanacaq. Bundan əlavə iki ölkə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi məqsədi ilə Xəzər dənizində neft və qaz yataqlarının birgə istismarı barədə iki ölkə arasında sənədlər imzalanacaq”.
Ruhani əlavə edib ki, iki ölkə arasında əlaqələr yüksək səviyyədə olsa da, münasibətlərin daha da inkişaf etdirilməsi və əməkdaşlıqların bütün sahələr üzrə genişləndirilməsi üçün böyük potensiallar mövcuddur.
Mürtəza
Gununsesi.info











