Bakıda ər arvadına 11 bıçaq zərbəsi endirdi

  • By admin
  • 11 Noyabr 2016 13:35

bicaq

Ötən gecə paytaxt ərazisində qanlı hadisə baş verib. Ər arvadına 11 bıçaq zərbəsi vurub.

Gununsesi.info xəbər verir ki, hadisə Maştağa qəsəbəsi Baləmi Dadaşov küçəsində baş verib. Həyat yoldaşı Anardan küsən 3 uşaq anası 28 yaşlı Gülnarə Əhmədova ata evinə gəlib. Bundan əsəbləşən Anar Əhmədov bıçaqla silahlanaraq sərxoş vəziyyətdə qayınatasının evinə gəlib. Həmin vaxt evdə Gülnarə uşaqları ilə birgə olub. Anar uşaqlarının gözü qarşısında Gülnarəyə 11 bıçaq zərbəsi vurub. Səsə gələn qonşular çox saylı xəsarətlər alan Gülnarə Əhmədovanı xəstəxanaya çatdırıblar. O, dərhal əməliyyat olunub. Həkimlər Gülnarə Əhmədovanın vəziyyətinin ağır olduğunu bildiriblər. Hadisədən sonra Anar Əhmədov 14-cü polis bölməsinə gələrək könüllü təslim olub.

Polisdən verilən məlumata görə, Əhmədovlar münaqişəli ailə olub. Ərlə arvad arasında tez-tez mübahisələr baş verib. Faktla əlaqədar cinayət işi başlanıb araşdırmalar davam edir.

Gununsesi.info