Bakıda ərinin bıçaqladığı qadın öldü

  • By admin
  • 07 İyun 2021 23:03

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə ötən gün Zabrat qəsəbəsində qeydə alınıb.Belə ki, 42 yaşlı Svetlana Məmmədova həyat yoldaşı ilə mübahisə edib.

Mübahisə zamanı qadın boğazından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o bu gün 3 saylı şəhər xəstəxanasında ölüb .

Gununsesi.info