Bakıda 10 metrlik ağac aşdı -Fotolar

  • By admin
  • 29 Noyabr 2018 21:54

Bakıda Məhəmməd Naxçıvani küçəsində güclü külək təxminən 10 metr hündürlüyündə ağacı aşırıb.

“Gununsesi.org” un Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin yaxınlığında baş verib.

İrigövdəli ağac yaxınlıqdakı restoranın üzərinə aşıb. Nəticədə restoranın dam örtüyü yararsız vəziyyətə düşüb.