Bakıda 10 min manatlıq qol saatı oğurlanıb

  • By admin
  • 16 İyun 2020 13:30

Bakıda oğurluğa görə saxlanılmış şəxsin daha bir neçə cinayət əməli üzə çıxıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki üç mağazadan 1 930 manat pul, 10 000 manat dəyərində altı ədəd qol saatı, 600 manat dəyərində saat kəmərləri, danışıq kartları və tütün məmulatı oğurlaması da müəyyən olunub.

Gununsesi.org