Bakıda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı – YENİLƏNİB

  • Müəllif: Orxan
  • 22 Oktyabr 2026 11:01

Bakıda yeniyetmə oğlan bıçaqlanıb.

TƏBİB-dən Gununsesi.info-ya verilən məlumata görə, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli oktyabrın 20-də saat 15:20 radələrində döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Tibb müəssisəsindən bildirilib ki, pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Yeniyetmənin hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

20.10.2026

Bakıda yeniyetmə oğlan bıçaqlanıb.

Gununsesi.info-nun məlumatına görə, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.