Bakıda 2 ev yandı

  • Müəllif: admin
  • 06 Dekabr 2017 19:14


Bakının Sabunçu və Pirallahı rayonlarında yanğın olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçuda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Pirallahıda da ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunub.

Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info