Bakıda 20 yaşlı gənc vuruldu

  • By admin
  • 12 Avqust 2017 08:00

qeza-yol-nishani-2jpg-14-35-10

Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info bildirir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində baş verib.
Belə ki, minik avtomobili yolu keçmək istəyən 20 yaşlı Cavid Musayevi vurub. Nəticədə o, ağır bədən xəsarətləri alıb.
Yaralı 3 saylı Şəhər Kliniki Mərkəzinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info