Bakıda 3 nəfər piyadəni maşın vuraraq öldürüb

  • By admin
  • 14 Sentyabr 2016 11:04

Piyadani Vurdu

Bakı şəhərində piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Bakı şəhər Yol Polisi İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, paytaxtın Sabunçu rayonu ərazisində “Azsamand” markalı avtomobil 1991-ci il təvəllüdlü Arzuman Salmanov və Elçin Əliyevi, ”VAZ-2107” markalı avtomobil isə Zahir Əliyevi vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info