Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb

  • By admin
  • 30 Sentyabr 2019 11:58

Bakıda 32 yaşlı qadın doğuş zamanı ölüb.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisindəki 7 saylı doğum evində baş verib.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Məmmədbəyli küçəsi, ev 16, mənzil 28-də yaşayan, 1987-ci il təvəllüdlü Manıyeva Ramilə İmadəddin qızı “39 həftə 4 gün hamiləlik, doğuşun birinci dövrü” diaqnozu ilə doğum evinə gətirilib. Doğuş zamanı qadının bətnindəki döl tələf olub. Hadisə zamanı qadın şoka düşərək dünyasını dəyişib.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Gununsesi.org