Bakıda 38, rayonlarda 42 dərəcə isti olacaq

  • By admin
  • 11 Avqust 2016 13:36

hava

 

Avqustun 12-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu yarımadada gecə 23-26, gündüz 33-38, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 35-45% təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Gununsesi.info