Bakıda 47 yaşlı kişini avtomobil vurub öldürdü

  • By admin
  • 04 Oktyabr 2019 22:39

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.org-un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Naxçıvan Muxtar Respublikası vətəndaşı, 1981-ci il təvəllüdlü Talıbov Məmməd Məhəmmədəli oğlu idarə etdiyi “Baic” markalı 90 PC 299 dövlət nömrə nişanlı avtomobillə Təbriz küçəsində hərəkətdə olarkən yolu keçən piyada, 1972-ci il təvəllüdlü Qasprinski Renad Süleymanoviçi vurub.

Piyada yaralı vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

 

Gununsesi.org