Bakıda 5 nəfər liftdə qalıb

  • By admin
  • 24 Mart 2017 09:50

lift

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 5 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar.

Gununsesi.info