
Bakıda yanğın olub. Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Nizami rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanmış və yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info