Bakıda bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.org xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Məmmədov Emil Məmməd oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona boynunun sol tərəfinin kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org